Almatıda çoxmərtəbəli binada YANĞIN – Onlarla insan xəstəxanaya yerləşdirildi / VİDEObackend

Almatıda çoxmərtəbəli binada YANĞIN - Onlarla insan xəstəxanaya yerləşdirildi / VİDEO

Qazaxıstanın Almatı şəhərində hündürmərtəbəli binada yanğın baş verib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Almatı şəhərinin İctimai Səhiyyə Departamentinin mətbuat xidmətinin məlumatına görə, yanğın zamanı xəsarət alan 31 nəfər şəhərdəki xəstəxanalara yerləşdirilib.

“Saat 18:30-a Alatau rayonunun mikrorayonunda baş vermiş yanğın nəticəsində 31 nəfər şəhər xəstəxanalarına çatdırılıb, onlardan 16-sı uşaqdır”, – məlumatda deyilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 16 mərtəbəli binanın bütün mərtəbələrində elektrik kabelləri yanıb. Binadan 250 nəfər təxliyə edilib. Bəzi sakinlər mənzilin pəncərələrindən aşağıya doğru xalça və döşəklərin üzərinə atılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*