“Alovlanan eşq: Cümhuriyyət və Şəfiqə Soltan” – Ceyhun Nəbibackend

"Alovlanan eşq: Cümhuriyyət və Şəfiqə Soltan" - Ceyhun Nəbi

Araşdırmaçı-yazar, tədqiqatçı Ceyhun Nəbinin “Alovlanan eşq: Cümhuriyyət və Şəfiqə Soltan” adlı yeni tarixi-sənədli romanı çap edilib.

KONKRET.az xəbər verir ki, roman Azərbaycan Cümhuriyyətinin qurucu rəhbərlərindən Nəsib bəy Yusifbəylinin siyasi və eşq yaşamından bəhs edir. Roman böyük fikir və məfkurə adamı İsmayıl bəy Qaspıralının əziz xatirəsinə ərmağan olunub. Romanda Nəsib bəy Yusifbəylinin gənclik dönəmindən başlayaraq, Şəfiqə xanım Qaspıralı ilə tanışlığı, evliliyi, Kırımda ictimai və mədəni tədbirlərdə yer almağı, həmçinin Gəncədə Difainin qurulması, Gəncə Ruhani Mədrəsəsində və Gəncə Milli Komitəsində fəaliyyəti, Azərbaycan Cümhuriyyətinin qurulması, xidmətləri bədii şəkildə canlandırılıb. Həmçinin romanda İsmail bəy Qaspıralıya, Nağı bəy Şeyxzamanlıya, Hüsaməddin Tuğaca, Məhəmməd Əmin Rəsulzadəyə, Nuri Paşaya, Fətəli Xan Xoyluya, Şəfi bəy Rüstəmbəyliyə, Şeyxülislam Məhəmməd Pişnammazadəyə və dövrün digər önəmli sima və şəxsiyyətlərinə yer verilib.

Qeyd etmək lazımdır ki, bu roman həmin dönəmi dəqiqliklə və sənədlər üzərində bədii şəkildə canlandıran ilk roman hesab oluna bilər. Nəsib bəy Yusifbəyli və Şəfiqə Soltan xanım arasında münasibətlər və fəaliyyətləri ilə bağlı Türkiyədə bir neçə roman çap olunsa da, Azərbaycanda həmin mövzuda ilk romandır

Bildirək ki, kitab artıq oxucuların ixtiyarına verilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*