Alyaska sahillərində güclü zəlzələ…backend

Alyaska sahillərində güclü zəlzələ...

Alyaska sahilləri yaxınlığında 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Sand-Poynt yaşayış məntəqəsindən 94 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 35 km dərinlikdə olub.

Xəsarət alanlar, dağıntılar və sunami təhlükəsi barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, bundan əvvəl Alyaska sahillərində 7,2 maqnitudalı zəlzələ qeydə alınmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*