Ambaryan: “Xain Nikol mənafelərini qorumaq üçün dövlət büdcəsini pulqabına çevirdi”backend

Ambaryan: "Xain Nikol mənafelərini qorumaq üçün dövlət büdcəsini pulqabına çevirdi"

“Xain Nikol bizim hesabımıza ona xidmət edən polis məmurlarının maaşını 198 mindən 402 min drama qaldırıb”.

KONKRET.az xəbər verir ki, bu sözləri politoloq və Şirak Dövlət Universitetin müəllimi Qagik Ambaryan özünün facebook səhifəsində yazıb:

Bir hökumət binasından digərinə keçmək üçün özünü polis alayı ilə əhatə edən, kreslosuna möhürlənmiş Ermənistan Baş naziri bu gün polis zabitlərinin maaşını artırmağa qərar verdi. Xain Nikol bizim hesabımıza, təhlükəsizliyini təmin edən və ona xidmət edən polis əməkdaşlarının maaşlarını iki qat artırır. Ancaq digər sahələrdəki mütəxəssislər üçün maaşlar heç bu qədər qaldırılmır. Yeri gəlmişkən, maaşlar bütün polis məmurları üçün deyil, yalnız təhlükəsizliyini təmin edən işçilər üçün qaldırıldı.

P.S. Xain Nikol, faydalarını və mənafelərini qorumaq üçün dövlət büdcəsini cüzdanına çevirdi. Bununla o, vergilərimizdən qazandığımız pulla hər yola əl atır…”

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*