Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir qrup yüksək vəzifəli əməkdaşının qurumun prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı məlumat yayılıb.
KONKRET.az-a daxil olan məlumata görə, toyda AMEA-nın vitse prezidenti Rasim Əliquliyev və AMEA-nın müxbir üzvü, keçmiş təhsil naziri Misir Mərdanov da iştirak ediblər. Onlar bu barədə təkzib verməyiblər.
AMEA qurumun birinci vitse-prezidenti İsa Həbibbəylinin toyda iştirak etməsi barədə yayılan məlumatları təkzib edib, akademiyanın İşlər İdarəsinin müdiri, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov isə toyda iştirak etmədiyini söyləyib.