“Son bir neçə ildir ki, AMEA əməkdaşlarının WoS beynəlxalq elmi bazasına çıxışı bağlanıb”.
KONKRET.az xəbər verir ki, bu sözləri AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev bildirib.
O, daha sonra vurğulayıb:
“Son bir neçə ildir ki, beynəlxalq elmi bazalarda elmi əsərlər dərc etdirdiyinə görə müəlliflərə mükafat verilmir (əvvəllər verilirdi), digər zəruri xərclər (tərcümə, dərc haqqı və s.) ödənilmir.
Elmi jurnalların dərci üçün təşkilati-texniki və maliyyə dəstəyi göstərilmir”.
Akademik bildirib ki, “Beynəlxalq elmi bazalara (WoS, SCOPUS və s.) çıxış məsələsinin ölkə səviyyəsində, dövlət büdcəsi çərçivəsində həll olunması məqsədəuyğun olardı.
Beynəlxalq elmi bazalarda elmi əsərlər dərc etdirən alimlərin stimullaşdırılması və digər zəruri xərclərin ödənilməsi çox vacibdir.
Beynəlxalq elmi bazalara (WoS, SCOPUS və s.) daxil edilmiş Azərbaycan jurnallarına ünvanlı maliyyə dəstəyi verilməlidir”.
Sevinc Paşayeva,
KONKRET.az