“AMEA intiriqalarla, qara əməllərlə idarə edilən bir quruma çevrilib” – Millət vəkilibackend

"AMEA intiriqalarla, qara əməllərlə idarə edilən bir quruma çevrilib" - Millət vəkili

Zaman-zaman elm haqqında, alim haqqında qiymətli fikilər, aforizmlər söylənilib. İnsan oğlu özünü dərk etdiyi andan etibarən onun ağıllı sözə, irəli aparacaq əmələ ehtiyacı olub. Məhz buna görə də insanlar elmə, alimlərə yüksək dəyər verib, övladlarını, nəvə-nəticələrini oxumağa, dərin biliklərə sahib olmağa səsləyiblər. Çünki dahi Yunus Əmrənin dediyi kimi elm özünü bilmək, tanımaqdır. Eyni zamanda, elmdən mənfəət və ibrət alan şəxslərə də həsəd aparıblar.

Amma diqqətə çatdırım ki, ulularımız elmdən mənfəət almaq deyəndə, heç də günümüzdəki kimi elmdən şəxsi məqsədlər üçün istifadə etməyi nəzərdə tutmayıblar. Burada mənfəət deyəndə, yüksək elmlərə yiyələnib, dərin bilikli alim olmaq, bu biliklə öz xalqına, dövlətinə xidmət etmək nəzərdə tutulub. Təəssüflər olsun ki, yaşadığımız zamanda üzləşdiyimiz bəzi xoşagəlməz addımlar belə bir qənaət formalaşdırır ki, biriləri elmdən mənfəət almaq deyəndə tamamilə başqa şeylər düşünür.

Nə qədər acınacaqlı olsa da Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezienti seçiləndən sonra bu elm məbədində baş verənlər də onun tərəfdən elmi mənfəətin məhz ikinci anlamda qavranıldığını deməyə əsas verir.

Düşünmək olardı ki, uzun illər yüksək vəzifə tutmuş Ramiz Mehdiyevin AMEA prezidenti seçilməsindən sonra bu elm məbədində uğurlu addımlar atılacaq, alimlərimiz yeni dövrün tələblərinə uyğun olaraq, xüsusilə də Vətən müharibəsindəki tarixi qələbəmizədn sonra elmi nailiyyətləri ilə dövlətimizin gələcək inkişafına dəstək verəcəklər. Lakin ötən qısa müddət biz bunun tamamilə əksini gördük. Niyəsi isə aydındır.

Çünki ağır olsa da deməliyik ki, AMEA intiriqalar, qara əməllər və şəxsi münasibətlər zəminində idarə edilən bir quruma çevrilib. Azərbaycan xalqı uzun illər AMEA-ya ziyalılar ocağı kimi yanaşıb. Bu da təbiidir. Çünli AMEA təkcə elmi yeniliklər baxımından deyil, həm də ziyalı mədəniyyəti, dəyəri və münasibəti baxımından da ön sırada dayanıb. Zaman-zaman bu quruma rəhbərlik edən ziyalılarımız öz müsbət fəaliyyətləri ilə tarixə adlarını yazmış, xalqımızın könlündə taxt qurmuşlar. AMEA-nın prezidentləri yeri gələndə hətta bir el ağsaqqalı kimi Azərbaycanda hansısa siyasi gərginliyin yoluna qoyulması, hansısa problemlərin həll olunması üçün önə çıxmış, xeyirxah missiyaları ilə fərqlənmişlər.

Lakin təəssüflər olsun ki, biz bunu AMEA-nın indiki prezidenti Ramiz Mehdiyev haqqında deyə bilmərik. Çünki onun AMEA-ya rəhbrəlik etməyə başladığı ilk aylardan etibarən saatlar, necə deyərlər, tərs işləməyə başlayıb. Bu elm ocağında elmə heç bir aidiyyatı olmayan kəslərin at oynatması, dəyərli ziyalıların, elm adamlarının qaralanaraq, oradan uzaqlaşdırılması, bəzən elmə və AMEA-ya dəxli olmayan qondarma şöbələrin yaradılması, müvafiq vəzifələrə rəhbər təyin edilənlərin tez-tez dəyişdirilməsi yalnız bir nəticəyə gətirib çıxarıb – AMEA elm ocağı olmaqdan çıxaraq, intiriqa mərkəzinə çevrilib.

Bu hal isə düşmənlərimizi xeyli məmnun edib. Çünki bir daha vurğulayaq ki, Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra Azərbaycan yeni dönəmə qədəm qoyub. Bu dönəmdə isə alimlərimiz, elm adamlarımız da qollarını çırmayıb, ölkəmizin gələcək uğurları üçün töhfələrini verməlidirlər. Lakin təəssüflər olsun ki, bu gün onlar elmi yaradıcılıqla məşğul olmaqdansa, süni surətdə yaradılmış qurumdaxili konfilikltərə cəlb olunublar. Nə qədər acınacaqlı olsa da bu konfliktlərin ssenari müəllifi rolunda məhz AMEA-nın prezidenti Ramiz Mehdiyev dayanır.

Məsələnin başqa bir utancverici tərəfi isə ondadır ki, yuxarıda vurğuladğımız kimi əgər bir vaxtlar AMEA-nın rəhbərliyində təmsil olunanlar Azərbaycanda hansısa siyasi gərginliyin yoluna qoyulması, hansısa problemlərin həll olunması üçün önə çıxır, xeyirxah missiyaları ilə fərqlənirdilərsə, indiki rəhbərlik bunların əksinə olaraq siyasi gərginliyin mənbəyi rolunda çıxış edir. Bu məqamda da dahi Sokratın “Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir” kəlamı bir daha öz təsdiqini tapmış olur.

Hər halda Ramiz Ənvəroviçin AMEA-dakı mövcud problemlərlə bağlı səslənən tənqidlərə, yumşaq desək qeyri-adekvat cavab verməsi, onun bu gün elmədən öz əməllərini gizlətmək üçün bir qalxan kimi istifadə etdiyini ortaya qoyur. Bu cavabdan belə anlaşılır ki, R.Mehdiyev AMEA-da yaratdığı xaos, gərginlik, intiriqa, dəyərli insanların qaralanması mühitini indi bütün ölkəyə yaymağa cəhd göstərir.

Onun tənqidlərə bu cür top-tüfəngli cavabını oxuyanda sonra insanda belə bir qənaət formalaşır ki, R.Mehdiyev birbaşa Azərbaycan dövlətini və xalqını hədəfə alıb. Ümumiyyətlə, görünən odur ki, bu adam bütün enerjisini hazırda Azərbaycana qarşı yönəldib. Əvvəla ali elm ocağımızı intiriqa yuvasına çevirməklə, ikincisi dövlətin uğurlarına qarşı əsassız hədyan yağdırmaqla, nəhayət, xalqın seçdiyi paramentə, millət vəkillərinə qarşı əsassız ittiham və təhqirlər səsləndirməklə.

Elmlə bağlı sərgilənən əməllərə yuxarıda toxunduq. İndi istəyirəm ki, digər məqamlara toxunaq. Adam ölkədəki siyasi dialoq mühitinə rişxəndlə yanaşır, siyasi islahatlara belə deyək ki, çamur atır. Əslində, R.Mehdiyev bu addımı ilə bir daha təsdiq etdi ki, Azərbaycanda uzun müddət siyasi diaoloq mühitinin tam şəkildə formalaşmaması üçün var gücü ilə çalışıb. Ölkədə siyasi həmrəyliyin, vətəndaş-dövlət birliyinin, siyasi partiyalarla iqtidar arasında dialoqun baş tutmaması üçün əlindən gələni edib. Eyni zamanda, o, bu gün artıq həmin əməllərini davam etdirə bilmədiyi üçün olduqca sinirlidir və bu sinirini onu tənqid edənlərə verdiyi cavabında işlətdiyi ifadələrlə nümayiş etdirir.

Yəni görünən odur ki, ölkədə siyasi sabitliyin, vətəndaş həmrəyliyinin olması Ramiz Ənvəroviçi ciddi şəkildə narahat edir, belə deyək ki, incidir, qəzəbləndirir. Amma artıq əlindən bir şey gəlmədiyi üçün gücü hədyan, əsassız iddialar yazmağa çatır. Siyasi dialoq prosesinə qoşulmuş müxalifət partiyalarının rəhbərlərini təhqir etməklə dövlətin həyata keçiridyi islahatalara əngəl ola biləcəyini düşünür.

Digər tərəfdən, R.Mehdiyev Azərbaycan xalqını da hədəfə alır, xalqın seçdiyi parlamentin üzvlərini təhqir etməklə, əslində xalqa qarşı da nə qədər kinli, küdurıtli, qəzəbli olduğunu nümayiş etdirir. Maraqlı burasındadır ki, bu zaman Ramiz Ənvəroviç öz fikirlərini radikal müxalifətin jarqonundakı “bəzəkli” sözlərlə ifadə edir. Burada isə belə bir sual yaranır. Görəsən bu jarqonda danışmağı zamanında radikal müxalifətə Ramiz Mehdiyev sifariş edib?

Lakin R.Mehdiyevin dövlətimizi və xalıqmız hədəfə alan fikirləri bununla tamamlanmır. Heç bir əsas olmadan rus dili ilə bağlı məsələni qabardan və eyni zamanda bunu öz bildiyi tərzdə yozan R.Mehdiyev bu vaxta kimi cəmiyyətin sərgiləmdəyi mövqeyi, işlətmədiyi fikirləri cəmiyyətimizin, xalqımızn adından təqdim etməklə növbəti böyük saxtakarlığa və deyərdim ki, düşmənçiliyə əl atır.

Mən çox-çox üzr istəyirəm. Amma R.Mehdiyevin məktubunu oxuyanda belə bir təəssürat yaranr ki, bunu sanki düşmən maraqlarına xidmət edən birisi yazıb. Çünki xalqı və dövləti düşünən kəs bu cür hədyanlar səsləndirməzdi.

Bütün bunlardan sonra mən bir millət vəkili olaraq R.Mehdiyevə bir çağırış etmək istəyirəm. Bütün bunlardan sonra siz heç olmasa özünüzdə güc tapıb, alimə yaraşan bir addım atın. Qovluğunuz da götürüb gedin Raçmiz Ənvəroviş. Çünki atalar ziyanın yarısından qayıtmaq da bir xeyridir deyiblər. Amma yarısındandrımı….

Vüqar İskəndərov,
Milli Məclisin deputatı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*