AMEA kobud səhvə yol verdi – FOTOFAKTbackend

AMEA kobud səhvə yol verdi - FOTOFAKT

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytında kobud səhvə yol verilib.

KONKRET.az-ın araşdırmasına görə, saytda akademiklər İsa Həbibbəyli və İbrahim Quliyevin vəzifələri AMEA-nın birinci vitse-prezidenti kimi, akademik Dilqəm Tağıyevin vəzifəsi AMEA-nın vitse-prezidenti kimi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun vəzifəsi isə AMEA-nın akademik-katibi kimi göstərilib.

Həqiqət isə budur: D.Tağıyev AMEA-nın birinci vitse-prezidenti, İ.Həbibbəyli və İ.Quliyev AMEA-nın vitse-prezidentləri, Ə.Sadıqov isə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun icraçı direktorudur.

Əli Davudoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*