AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşunaslıq Elmi Mərkəzi bəyanatla çıxış edib.
KONKRET.az bəyanatı təqdim edir:
“Uzun illərdir ki, böyük ermənistan xülyası ilə yaşayan kiçicik ermənistan təkcə Cənubi Qafqaz və Yaxın Şərq üçün deyil, bütövlükdə sivil dünya üçün ciddi nifaq elementinə çevrilib. Olmayan cəfəng “erməni soyqırımı” şousu ilə dünyanın mənəvi-siyasi iqlimini zəhərləyən, qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarından əl çəkməyən, Azərbaycan torpaqlarının 20 faizini 30 ilə yaxın bir müddət ərzində işğal altında saxlayan, beynəlxalq təşkilatların qərar, qətnamə və çağırışlarına məhəl qoymayan, işğal altında saxladığı Azərbaycan ərazilərində misilsiz vandalizim aktları törədən, Ağdamı, Füzulini, Şuşa və Zəngilanı, bütövlükdə Qarabağı Naqasaki və Xrosimanın gününə salan, cəhbə bölgəsindən yüz kilometrlərlə uzaq olan şəhər və kəndlərimizi raket atəşinə tutaraq, kütləvi qırğınlar törədən ermənilər 44 günlük Vətən müharibəsindəki acı məğlubiyyətdən nəticə çıxarmaq, bölgədə sülh və sabitliyin alternativi olmadığını dərk etmək əvəzinə Azərbaycana qarşı böhtan və şantaj kompaniyasını daha da genişləndirməkdədirlər.
Qərbdəki məlum dairələr isə erməni yalanları ilə bölgədə közərən ocaqlara benzin tökməklə onun daha da alovlanmasında maraqlı olduqlarını gizlətmirlər. Sanki Qərbin, Xristian dünyasının ayrı-ayrı dairələri XXI əsrdə Şərqə, daha konkret desək, Türk dünyasına qarşı növbəti Səlib yürüşünə hazırlaşırlar.
Bu konteksdə 15-16 sentyabr 2022-ci il tarixlərində Moskvada Erməni Apostol kilsəsinin birbaşa təşkilatçılığı ilə “Arsax (Qarabağ) tarixi və müasir kontekstdə” adlı beynəlxalq konfransda qoyulan məsələlər və səslənən fikirlər diqqət çəkməyə bilməz.
Kütləvi informasiya vasitələrindən əldə etdiyimiz məlumatlara görə Konfransda Rusiya Federasiyası və Ermənistan Respublikasından, Avropa və ABŞ-dan olan ermənişünaslar iştirak etmişlər. Konfransın proqramından da göründüyü kimi oradakı məruzələrin demək olar ki, hamısı qatı antiazərbaycan ruhunda olmaqla Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsi olan Albaniya tarixinin saxtalaşdırılmasına yönəlik qərəzli və elmi cəhətdən tam yanlış müddəalardan ibarət olub.
Təəssüflər olsun ki, konfransdakı heç də bütün çıxışların məzmunu barədə əlimizdə yetərli məlumat yoxdur və orada səslənən bəzi məruzələrin, xüsusilə də Avropa və ABŞ-dan olan “tədqiqatçıların” çıxışlarının tam olaraq hansı səpkidə olduğunu bilmirik. Lakin, youtube platformasında yayımlanmış bəzi çıxışlardan fraqmentlər deməyə əsas verir ki, ermənilər həmişə olduğu kimi yenə də özlərinin saxta və yalan təbliğatı ilə növbəti dəfə dünya elmi ictimaiyyətini aldatmağa cəhd ediblər. Təbii ki, Azərbaycan tərəfi ermənilərin və onların dəmtutanlarının bu cür cəhdlərinə, şüvənçilik və tarixi saxtalaşdırma “ustası” olduqlarına çox yaxşı bələddir.
Bu səbəbdən də, qeyd olunan konfransın gedişində səsləndirilən hər cür sayıqlamalara cavab vermək niyyətində deyilik. Bununla belə, Albaniya tarixi ilə bağlı səsləndirilən bəzi sərsəm və əsassız iddialara cavab verməmək də olmur. Məsələn, orada səslənən çıxışlardan, xüsusən də bütün ermənilərin katalikosu II Qareginin konfrans iştirakçılarına göndərdiyi salamlama mətnindən və erməni kilsəsinin Moskva yeparxiyasının rəhbəri İzras Nersesiyanın açılış nitqindən aydın görünür ki, belə bir “ elmi ” tədbirin keçirilməsində başlıca məqsəd guya Qarabağ regionunda Azərbaycan tərəfindən dağıdılan erməni dini və mədəniyyət abidələrinə dünyanın diqqətini çəkməkdir. Təzada bir baxın, 30 illik işğal dövründə Qarabağın maddi-mədəniyyət və dini abidələrinə vəhşicəsinə divan tutan, qədim məbədlərimizi özünküləşdirən, alban mirasınına aid olan abidələrin dövrünü, mənsubiyyətini və təyinatını saxtalaşdıran, ərazidəki İslam mədəniyyəti nümunələrini dağıdan, təhqir edən ermənilər indi Azərbaycanı vandalizmdə ittiham edir!
Qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının sərhədlərinin hüdudlarını öz siyasi ideologiyalarına xidmət edən tərzdə saxtalaşdıran, əsrlər boyu orada yaşayan çoxsaylı alban etnoslarının etnik mənsubiyyəti barədə uydurma fikirlər səsləndirən, erməni “tarixçiləri” və əli erməni diasporunun cibində olan bəzi üzdəniraq siyasətçi və alimciklər hətta antik mənbələrə münasibətdə belə manipulyasiya etməkdən çəkinmirlər.
Konfransda Rusiyanın ermənipərəst alimlərindən olan tarix üzrə fəlsəfə doktoru Aleksandr Çeremin (görünür, ermənilər bu dəfə rus alimləri içərisində daha titullu birisini ələ ala bilmədiklərindən bu zavallı fəlsəfə doktoruna stavka etmək məcburiyyətində qalıblar) konfransdakı nitqində utanmadan bəyan edib ki, “guya biz azərbaycanlılar başqa bir xalqın (erməniləri nəzərdə tutur) ərazilərini işğal etmiş və oradakı abidələri məhv edərək ermənilərin ərazidə yaşamadığını sübuta yetirməyə çalışırıq. Əslində isə Azərbaycanın Dağlıq Qarabağa heç bir aidiyyəti yoxdur”.
A.Çereminin yadına salmaq istərdik ki, hələ Roma imperiyası dövründə yaşamış yunan tarixçisi və filosofu Plutarx özünün “Müqayisəli tərcümeyi-hallar” adlı əsərində Roma sərkərdəsi Pompeyin Qafqaza yürüşü barədə danışarkən qeyd edir ki, o, Pont çarı VI Mitridatı təqib edərkən avtoxtonlar yaşayan ərazidən keçməli oldu; “bunların arasında ən çoxsaylı olanlar iberlər və albanlardır” (Plut. Pompey. XXXIV.28).
21 əsr bundan öncə yaşamış məşhur yunan coğrafiyaşünas alimi Strabonun “Coğrafiya” əsərində belə bir qeyd var: “alban və iber qəbilələrini çıxmaq şərti ilə digər Qafqaz qəbilələri çox kiçik ərazilərə malikdirlər” (Strabon. XI.II.19). Deməli, Qafqazın avtoxton əhalisi arasında ya ümumiyyətlə ermənilər olmayıb, yaxud da sayları əhəmiyyətli dərəcədə az olub. Xatırladaq ki, müasir dövrün bir sıra erməni tədqiqatçılarının özləri də bu faktı inkar etmirlər (Abeqyan, R.Suni).
Ermənilərin ilkin vətəni Fəratın yuxarı axarları olmuşdur. Herodotun “Tarix” əsərində oxuyuruq ki, ermənilərin əcdadları “ aşşurlar ”dan yuxarıda, Fəratın yuxarı axarlarında, Ermənistanı Kilikiyadan ayıran ərazilərdə yaşayırlar. Tarixin atası hesab olunan Heredot ermənilərin hətta Kiçik Asiyaya da gəlmə olduqlarını yazaraq qeyd edir ki, “onlar gələcək ölkələrinə qərbdən gəliblər” (Herodot .I.180,194; III.93;V.49,52; VII.73;13). Qədim yunan tarixçisi Ksenofont (e.ə 430-355) da bunu təsdiqləyir. O yazır ki, “mən sonralar şimali-mərkəzi Armeniya adlanan fasian və taoxların ərazisinə daxil olduqda başa düşdüm ki, ermənilər geridə qalıb”. Strabon isə ermənilərin Şimali Yunanıstanın Fessaliya adlanan hissəsindən, Armeniyan şəhərindən gəldiyini bildirir. Bu cür çoxsaylı digər istinadları da yada salmaq olar. Zənnimizcə, belə olan halda Qafqazda kimin gəlmə olduğu və başqasına aid olan mədəniyyətə yiyələndiyi gün kimi aydındır!
Üçmüədzin yepiskopu Qaregin Hambartsumyanın konfransda ağzı köpüklənə-köpüklənə Qarabağın “erməni mədəni irsi” kimi təqdim etdiyi nümunələr isə birmənalı olaraq Alban irsinə aid nümunələrdir. Çünki indiyədək orada hər hansı bir “qədim erməni qəbri” belə, aşkar olunmayıb. İşğal dövründə Qarabağda qanunsuz arxeoloji qazıntılar aparan professor Hamlet Petrosyanın konfransdakı çıxışı zamanı qeyd etdiyi “Arsax Tiqranakerti” adlı mif isə sadəcə əsası olmayan növbəti bir erməni xülyasıdır. Əslində isə Ağdam rayonunun Şahbulaq kəndi ərazisində yerləşən qədim yaşayış yeri Qafqaz Albaniyasının maddi irsinə məxsus şəhər yeridir. Bu yerdə təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin özlərinin Ağdam ərazisində aparmış olduğu qanunsuz arxeoloji qazıntılar zamanı aşkar etdikləri gil lövhə üzərindəki “ Mən, Tanrının qulu Vaç [e]qan” ifadəsi alban hökmdarı Mömin Vaçaqanın məhz həmin ərazilərdə hökmran olduğundan xəbər verən olduqca mötəbər bir mənbədir.
Yazılı qaynaqlardan bəlli olduğu kimi, III Mömin Vaçaqan Alban Arşakilərinin nümayəndəsi olaraq hakimiyyətə gəldikdən sonra özünün yay iqamətgahı olan Aquen adlı şəhərdə yaşayıb, fəaliyyət göstərib. Alban tarixçisi Musa Kalankatlının Aquen kilsə məclisi haqqında məlumatında III Mömin Vaçaqanın dilindən söylədiyi “mənim dağların ətəyində yerləşən Aquen adlı yaylağım” ifadəsi alban hökmdarı məhz Şahbulaqla üst-üstə düşür. Yəni, Hamlet Petrosyanın sinəsinə döyərək Tiqqranakert adlandırdığı şəhər əslində erməni tarixi ilə heç bir əlaqəsi olmayan qədim alban şəhəri Aquennin qalıqlarıdır.
Konfransda səsləndirilən absurd fikirlərdən biri də Albaniyanın cənub sərhədi ilə bağlı məsələ olmuşdur. Əslən Bakıdan olan, geologiya və mineralogiya elmləri doktoru, professor Qriqori Qabielyants özünün “Qarabağ. Tarixi hadisələrin xronologiyası” adlı kitabında “246 əcnəbi müəllifin ifadələrini topladığını, bu gün Azərbaycanın yalançı təbliğatına qarşı mübarizədə etibarlı mənbə və sanballı arqumentlər olduğunu qeyd edir”. İxtisasca tarixlə heç bir əlaqəsi olmayan bu diletantın antik dövrdən başlayaraq müasir dövrə qədər olan mərhələyə aid mənbələrdən çıxarışları toplaya bilməsi ayrı bir məsələ olsa da, keçək onun səsləndirdiyi fikirlərə.
Öz çıxışında Qabrielyants iki məsələnin: Arsaxın Armeniaya aid olması və Kürün Albaniya və Armenia arasında sərhəd təşkil etməsi məsələlərinin üstündə durmuşdur. Əvvəlcə onu qeyd etmək lazımdır ki, antik müəlliflərin əsərlərində Arsax termini yoxdur. Yəni, bu termin ilk dəfə eramızın III əsrindən başlayaraq işlədilməyə başlanılmışdır.
Strabon yazır ki, “…İberiyanın mərkəzindəki düzənliklərdən çaylar axır. Onlardan ən böyüyü Kürdür. O, başlanğıcını Armeniadan götürür və iti axarla düzənliyə çıxaraq, Qafqazdan axıb gələn Araq (çayını) və başqa qolları qəbul edir, sonra isə dar vadidən keçərək Albaniyaya axır; çay bu vadi ilə Armeniya arasında otlaqlarla çox zəngin olan düzənliklərdən əzəmətlə axaraq, daha çox çayları, o cümlədən Alazan, Sandoban, Roytak və Xanı (hamısı gəmiçiliyə yararlıdır) qəbul edir və nəhayət, Kaspi dənizinə tökülür” (Strabon. XI. 3.2).
Göründüyü kimi, bu mətndə Strabon, “Kürün dar vadisi ilə Armenia çarlığı arasında otlaqlarla zəngin düzənliklər”dən danışır. Bu məlumatdan aydın olur ki, həmin düzənliklər Armeniya çarlığının hüdudlarına daxil deyilmiş. Yaxşı, o zaman alban vilayətləri olan Orxistenanın, Sakasenanın, Otenanın yerləşdiyi həmin düzənliklər kimə aid idi? Bu yerdə istərdik ki, Strabonun Kaspiana vilayəti ilə bağlı verdiyi məlumatı da yada salaq: “Kaspiana vilayəti də albanlara məxsus idi…” (Strabon.. XI.4.5) Əgər ermənilərin iddia etdiyi kimi Kürdən cənubdakı ərazilər onlara aiddirsə, onda Azərbaycan Respublikasının cənub-şərq torpaqlarını əhatə etmiş olan Kaspiana necə olur ki, Albaniyaya aid olur? Hansı ki, bu vilayət sonrakı dövrlərdə Paytakaran adı altında Albaniyanın əsas inzibati vahidlərindən biri olmuşdur.
Nəhayət, alban tarixçisi Musa Kalankatlının “Alban tarixi” əsərindən götürülən belə bir sitat da Albaniya tarixini təhrif edən üzdəniraq erməni tarixçiləri və onların havadarlarının diqqətinə çatdırmaq istərdik. O yazır: “…Aran Araz çayından başlayaraq Hunan qalasınadək uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır” (M.Kal., I, 5). Baxın, qədim Erməni tarixçisi Moisey Xorenli də eyni fikri belə ifadə edib: Alban hökmdarına “Erasx yəni, Araz çayından başlamış Xnarakert adlanan qalayadək olan alban düzü və onun dağlıq hissəsi miras qaldı…” Bəli, bunu da yazan, təsdiq edən qədim müəlliflərdən biri-erməni tarixinin atası heab olunan Moisey Xorenlidir.
Göründüyü kimi hər iki iqtibasda “miras qaldı” ifadəsindən istifadə edilmişdir. Yəni, bu ərazilər Aranın nəslinə aid olan torpaqlar idi və ona atalarından miras qalmışdır! Beləliklə, qədim yazılı mənbələrdə qeyd olunduğu kimi Kür və Araz çayları arasındakı torpaqlar hər zaman məhz Albaniya ərazisi olmuşdur.
Ermənilərin istər bu konfransda, istərsə də qədim tarixlə bağlı keçirdikləri digər konfranslarda səsləndirdikləri qərəzli fikirlər isə onların işğalçılıq siyasətinin bir parçasıdır. Min bir hiylə və zorakılıq yolu ilə müvəqqəti olaraq ələ keçirdikləri torpaqların guya varisləri olduğunu dünyaya sübut etmək üçün göstərdikləri canfəşanlıqdan başqa bir şey deyildir.
Ermənilərin istər Moskvada, istər Avropa, istərsə də okeanın o tayındakı paytaxtlarda davamlı olaraq keçirdikləri elmi və ya siyasi tədbirlərin bir əsas məqsədi var: türkləri və azərbaycanlıları barbar, özlərini isə məzlum obrazında təqdim etməklə dünya ictimaiyyətini aldatmaq.
Etiraf edək ki, uzun illər ərzində dünyada onların yalan və uydurmalarına, fitnə-fəsad dolu göz yaşlarına inananlar, onlara havadar çıxanlar az olmayıb. Əfsuslar olsun ki, yalanları hər yanda ifşa olunan bu toplumu indinin özündə də müdafiə edənlər, onlara para, silah və yüksək siyasi dairələrdə açıq – aşkar dəstək verənlər də az deyil. Elə bu günün özündə belə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini həzm edə bilməyənlər məgər azdır?! Qarabağda guya “erməni mədəni irsinin” azərbaycanlılar tərəfindən dağıdıldığına dair ermənilərin saxta və yalan çağrışlarına uyaraq bizi haqsız yerə ittiham edənlər birdir, beşdir?!
30 il ərzində işğal altında olan Qarabağımızda erməni vəhşiliklərini görməzliyə vuran,bununla bağlı təkidlə beynəlxalq missiyaların regiona dəvətinə dair Azərbaycan tərəfinin müraciət və çağrışlarını qulaqardına vuranlar nə əcəb indi ayılıblar?! Niyə gəlib baxmadılar görək Ağdamı, Füzulini, Şuşanı, Kəlbəcəri, Laçını, Zəngilanı, Qubadlını, bütün Qarabağı 30 ildə ermənilər nə günə salıb? Amma qoy onu da bilsinlər ki, ötən əsrin 80-ci illərində Azərbaycanda boşaldılmış çoxsaylı erməni kəndlərinin heç birində ermənilərə aid bir məzar daşı belə yerindən tərpədilməyib.
Amma bizdən fərqli olaraq Ermənistan ərazisində azərbaycanlılara məxsus boşaldılmış yaşayış məntəqələrində tarixi-mədəni irsdən əsər-əlamət belə qalmayıb. Bakının mərkəzində, Gəncədə erməni kilsələri necə olub, elə də qorunub saxlanılır. Bəs tarixi Azərbaycan şəhəri olan İrəvanda azərbaycanlılara aid tarixi-mədəni irsdən nə qalıb?! Niyə gəlib bütün bunları öz gözləri ilə görərək müqayisə və təhlillər aparan, nəticə çıxaran yoxdur?! Amma hər kəs onu da anlamalıdır ki, bu cür ədalətsiz yanaşmaların da nə vaxtsa bir ədalətli sonluğu olacaqdır. Özü də mütləq olacaqdır!
Bu gün erməniləri olduqları kimi tanımayanlar və ya tanımaq istəməyənlər yaxşı olardı ki, dönüb bir keçmişə baxsınlar, ötəri də olsa tarixi vərəqləsinlər. Anlayıb bilsinlər ki, ermənilər heç də son bir-iki əsrin neqativdən də daha neqativ obrazı deyil. Məsələn, qədim Roma tarixçisi Tatsit yazırdı ki, “bu xalq tutduğu mövqeyə və qəlbindəki qəzəbə görə əsrlər boyu etibarsız xalq olub”. Ermənilərin özlərinin belə erməni tarixinin atası hesab etdikləri Moisey Xorenlinin təbirincə isə “ermənilər həqiqəti inkar etməyi xoşlayırlar. Onlar böyük -böyük danışmağı sevən ikiüzlü bir millətdir”. K.Marksın kommunizm haqqında yazdıqları həqiqətən daha çox utopiya olsa da, onun erməniləri bir millət olaraq xarakterizə etdiyi fikirlərlə razılaşmamaq çətindir. O yazırdı: “ Ermənilər dünyada birinci xalqdır ki, sağ qalmaq, yaşamaq və qazanc naminə öz qadınlarını belə alət kimi başqa xalqların kişilərinə satırlar ”.
Rusiyanın, Avropanın son 200 illik tarixinə baxın, görün ən müxtəlif yollarla nə qədər erməni gözəlçələrini digər xalqlardan olan tanınmışlara sırıyıblar. Güman etməyin ki, Rusiyanın ən titullu alimləri və siyasiləri və ya onların övladları erməni xanımları ilə hansısa təsadüfdən ailə həyatı qurub. Bunlar hamısı irəlicədən planlı şəkildə, məqsədli surətdə atılmış addımlardır. Baxmayaraq ki, rus klassiklərinin özləri də ermənilərin nə yuvanın quşu olduğunu çox gözəl bilirdilər.
Məsələn, A.Qriboyedov çara ünvanladığı məktubda belə yazırdı: “Əlahəzrət, ermənilərin mərkəzi rus rayonlarında məskunlaşmasına icazə verməyin. Onlar elə qəbilələrdəndirlər ki, bir neçə on ildən sonra bütün dünyaya car çəkəcəklər ki, bu yerlər onlara öz ata-babalarından qalıb”. Böyük rus yazıçısı L.N.Tolstoy isə ermənilərin çar höküməti tərəfindən Qafqazda məskunlaşdırılmasını Qafqaz xalqlarına xaincəsinə arxadan vurulan zərbə kimi dəyərləndirib.
Məncə, Rus və Avropa klassiklərinin erməniləri bir toplum olaraq xarakterizə edən çoxsaylı digər iqtibasların hamısını sadalamaqla oxucunu yormaq düzgün olmazdı. Odur ki, fikrimi rus poeziyasının günəşi hesab edilən A.S.Puşkinin bu gün də aktual olan aşağıdakı çox həyatı bir kəlamı ilə yekunlaşdırmaq istərdim: “Erməni, sən qulsan, sən qorxaqsan, sən ermənisən! Sən nə vaxt anlayacaqsan ki, Ararat sənin deyil ?!”
44 günlük Vətən müharibəsi və ondan sonrakı dönəmdə ermənilərin bir toplum olaraq davranışları bir daha təsdiq etdi ki, onlar həqiqətən quldur, xarici güclərin əlində oyuncaqdır. Hansı ki, həmin dairələr bizim can və qan qardaşlarımız olan türklərin təbirincə desək, onları yaxşıca qullanırlar. Hamısı çox sadə və bu qədər”.
Qafar Cəbiyev, Azərbaycan Milli Elmlər Akademiyası Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor.
Natiq Alışov, Albanşünaslıq Elmi Mərkəzinin Qafqaz Albaniyası memarlıq abidələrinin və mənəvi irsinin tədqiqi sektorunun müdiri, t.ü.f. doktoru, dosent.
Taleh Əliyev, Qafqaz Albaniyasının maddi mədəni irsinin arxeoloji tədqiqi sektorunun müdiri t.ü.f. doktoru, dosent.
Elmira Abbasova, Mərkəzin böyük elmi işçisi, t.ü.f.doktoru.
Fariz Xəlilli, Mərkəzin aparıcı elmi işçisi, t.ü. f.doktoru
Ellada Bəkirova, Mərkəzin aparıcı elmi işçisi, t.ü.f. doktoru
İradə Nəcəfova, Mərkəzin aparıcı elmi işçisi, t.ü.f.doktoru, dosent və başqaları
KONKRET.az