AMEA-nın əməkdaşı elmi məqaləsi ilə bağlı tənqidlərə CAVAB VERDİbackend

AMEA-nın əməkdaşı elmi məqaləsi ilə bağlı tənqidlərə CAVAB VERDİ

Hörmətli redaksiya!

26.02.2023 tarixində konkret.az saytında mənim məqaləm və İsa Həbibbəylinin “Xəmsə XXI əsr” əsəri haqqında belə bir  “yazı” ya rast gəldim.

https://konkret.az/isa-hebibbeyli-akademizm-cereyaninin-banisidir-bir-gencin-manifesti/

Sizin məqalənizə cavabım:

Əvvəlcə İsa müəllimin əsərini (Azərbaycan jurnalı 2022, N9) oxuyun. Sonra mənim məqaləmi. Bir az da mütaliə ilə məşğul olun. Ən azından google – da terminlərin mənasına baxın!

Elnarə Qaragözova, filologiya üzrə fəlsəfə doktoru

Onda biləcəksiniz ki…. !

1.Ədəbi manifest nə deməkdir. Məqalədə məhz ədəbi manifestdən söhbət gedir.

“литературный манифест — программное изложение эстетических принципов какого либо литературного направления или группы писателей, которое подводит определенный итог и выдвигает новые творческие задачи.”(academic.ru)

Qısa tərcümə: “Ədəbi manifest hər hansı ədəbi cərəyanın yaxud yazıçı qrupunun estetik prinsiplərinin proqram şəklində ifadəsidir…… .”

2. Mən də, İsa müəllim də mədhiyyənin, fəxriyyənin nə olduğunu yaxşı bilirik! Poemada başlıq belə verilib:” Nizami Gəncəviyə fəxriyyə”. Niyə belə verildiyini məqaləmdə açmışam. Bir daha oxuyun!

3.Mən dekonstruksiyanın da, arxetipin də nə olduğunu gözəl bilirəm! Siz isə yazırsınız:

“Müəllifin təqdim etdiyi məna analitik mifologiyaya aiddir.”

Analitik mifologiya? Nobelə layiq kəşfdir! Savadınıza bərəkallah!

Dekonstruksiya anlayışın, obrazın və s. “dağıdılıb” fərqli strukturda qurulmasıdır. “Xəmsə XXI əsr” poeması “Xəmsə” anlayışının  dekonstruksiya olunmuş variasiyasıdır, neoxəmsədir!

Arxetip formaca dəyişə bilər. Məğz qalır, forma yenilənir. Bu barədə daha geniş məlumat almaq üçün mənim “XXI əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında arxetipin yeni formaları” monoqrafiyamı oxuyun. Monoqrafiya Milli Kitabxananın saytına yerləşdirilib.

4.Məqaləmdə yeganə səhv himn sözünün dırnaq işarəsi içərisində yazılmamasıdır. Bu da texniki məqamdır. Jurnal versiyasında düzəldilib.

Beləliklə,

1.Məsələni bilmədən, dərindən araşdırmadan yazı yazmayın!

2.Analitik qrupunuzun üzvləri adlarını açıqlasınlar. Elmi dərəcələrini, hansı sahə üzrə mütəxəssis olduqlarını bilək!

3.Əgər həqiqətən də düzgünlük, həqiqət tərəfdarısınızsa əks tərəfə – mənə də söz haqqı tanıyın və bu cavabımı saytınızda olduğu kimi dərc edin!

Sağ olun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*