AMEA-nın sabahkı Ümumi yığıncağının gündəliyinə yalnız BU MƏSƏLƏ VARbackend

AMEA-nın sabahkı Ümumi yığıncağının gündəliyinə yalnız BU MƏSƏLƏ VAR

Sabah Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.

KONKRET.az-ın məlumatına görə, AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva “Report”a açıqlamasında bildirib ki, iclasın gündəliyi də artıq məlumdur.

O bildirib ki, gündəliyə yalnız bir məsələnin müzakirəsi daxil edilib, bu da kadr dəyişikliyidir.

A.Balayeva əlavə edib ki, iclasın dəqiq hansı saatda olacağı hələlik dəqiqləşməyib:

“Çünki hələ də iştirakçıların sayı dəqiqləşdirilir. Mətbuat nümayəndələrinin iclasa buraxılması nəzərdə tutulmayıb. İclas bitdikdən sonra nəticə barədə ictimaiyyətə geniş məlumat veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*