AMEA-nın Ümumi yığıncağı keçiriləcək – FOTObackend

AMEA-nın Ümumi yığıncağı keçiriləcək - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aprelin 27-də keçirilməsi nəzərdə tutulan Ümumi yığıncağının proqramı məlum olub.

KONKRET.az-ın məlumata görə, yığıncağı giriş nitqi ilə AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov açıq elan edəcək.

Yığıncaqda 8 bölmənin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatları dinləniləcək.

Akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Nizamnaməsi haqqında məlumatla çıxış edəcək.

Bundan başqa, tədbirdə “Elm günü” münasibətilə AMEA-nın Fəxri fərmanlarının təqdimatı olacaq.

Gündəlikdə Akademiyanın yeni prezidentinin seçilməsi məsələsi yer almayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*