AMEA-nın Ümumi yığıncağı keçiriləcək – TARİX AÇIQLANDIbackend

AMEA-nın Ümumi yığıncağı keçiriləcək - TARİX AÇIQLANDI

Fevral ayının 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağının keçirilməsi nəzərdə tutulub.

KONKRET.az-ın məlumatına görə, Akademiya Rəyasət Heyətinin Mətbuat xidmətinin rəhbəri Azadə Babayeva “Report”a bildirib ki, hazırda yığıncaqda iştirak edəcək şəxslərin sayı dəqiqləşdirilir.

O qeyd edib ki, yekun saydan asılı olaraq Ümumi yığıncağın keçirilib-keçirilməsi ilə bağlı qərar veriləcək. Bundan sonra iclasın gündəliyi məlum olacaq.

Xatırladaq ki, AMEA-nın prezidenti Ramiz Mehdiyev fevralın 14-də istefa verəcəyini açıqlayıb. O, istefa ərizəsi yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*