AMEA-nın Ümumi yığıncağı keçirilir – YENİLƏNİBbackend

AMEA-nın Ümumi yığıncağı keçirilir - YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilir.

KONKRET.az-ın xəbərinə görə, toplantının gündəliyinə 1 məsələ daxil edilib.

Toplantıda AMEA prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Məmməd oğlu Həşimova həvalə olunması məsələsi müzakirə olunur.

AMEA-nın prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyev də yığıncaqda iştirak edir. “Report”

***

11:34

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçiriləcək. Yığıncaqda Akademiyaya yeni prezident seçiləcək şəxslərin namizədliyi irəli sürüləcək.

KONKRET.az xəbər verir ki, iclasın bu gün saat 12:00-da başlayacağı ehtimal edilir.

Namizədlər arasında AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun da namizədliyi verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*