“Amerika dağılır” – Cəmil Həsənli+VİDEObackend

“Amerika dağılır” - Cəmil Həsənli+VİDEO

AXCP və Milli Şuranın daha bir qalmaqallı videosu yayılıb.

KONKRET.az xəbər verir ki, yayılan videoda Milli Şura sədri Cəmil Həsənli amerikalıları azərbaycanlılardan daha üstün tutub.

ABŞ-ın dağıldığını bildirən C.Həsənli, azərbaycanlılarla müqayisədə amerikalıların şüurlu olduğunu qeyd edib. Onun bu çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bundan başqa, videokonfrans qeyri-ciddiliyi ilə gündəmə gəlib. Belə ki, Vidadi Mirkamal Rafiq Manafovu görmədiyini bildirib. O isə cavab olaraq ayağında problem olduğunu qeyd edib. V.Mirkamal isə “ayağını qaldır ayağını görək” deyərək, qeyri-ciddiliyini ortaya qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*