Amerika yəhudilərinin əksəriyyəti Kamala Harrisi dəstəkləyirbackend

Amerika yəhudilərinin əksəriyyəti Kamala Harrisi dəstəkləyir

Amerika Demokratik Yəhudi Şurasının keçirdiyi sorğuya əsasən, Amerika yəhudilərinin böyük əksəriyyəti vitse-prezident Kamala Harrisə səs vermək niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin 7-ci kanalı yazıb.

Məlumata görə, şura Demokratlar Partiyası adından işləyir və onun açıqladığı sorğu göstərir ki, yəhudi seçicilərin 87 faizi prezident Co Bayden administrasiyasının Qəzza zolağında atəşkəs əldə etmək və girovların azad edilməsi səylərini dəstəkləyir.

Amerika yəhudilərinin 68 faizi sorğuda Kəmalə Harrisi dəstəkləmək niyyətində olduqlarını, Trampı dəstəkləyəcəklərini deyənlərin isə 25 faizi bildirib.

Sorğunun nəticələrinə görə, oktyabrın 7-dən sonra antisemitizmin artmasına baxmayaraq, amerikalı yəhudilərin səsvermə üstünlüklərində ciddi dəyişiklik baş verməyib. Bundan əlavə, Demokratlar Partiyasının mövqelərinin güclənməsi müşahidə olunur.

Kanal 7 qeyd edir ki, 1960-cı illərin ortalarından etibarən Amerika yəhudilərinin əksəriyyəti demokrat namizədi dəstəkləyib. 2020-ci ildəki son seçkidə Baydenə 77 faiz, Trampa 21 faiz dəstək verib.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*