Amerikada “Muhamməd”lərin sayı sürətlə artır – Müsəlmanların İSLAM sevgisibackend

Amerikada "Muhamməd"lərin sayı sürətlə artır - Müsəlmanların İSLAM sevgisi

Amerikada araşdırma şirkətinin verdiyi məlumata görə, Muhamməd ABŞ-da 2019-cu ildə yeni doğulan uşaqlara qoyulan adların siyahısında ilk onluğa daxil olub.

KONKRET.AZ xəbər verir ki, bu barədə məlumatı “BabyCenter” adlı araşdırma şirkəti yayıb. Şirkət ABŞ sosial təhlükəsizlik məlumatlarının bir hissəsi olaraq, ölkənin 2019-cu ildə ən papulyar adların hesabatını hazırlayıb.

Belə ki, xristian və digər dinlərə mənsub insanların çoxluq təşkil etdiyi ABŞ-da ailələr uşaqlarına ad verməkdə geniş seçim etmək imkanına malik olsalar da, müsəlmanlar bu mövzuda daha çox diqqət cəlb ediblər. Hesabatda Amerikada yaşamalarına baxmayaraq, müsəlmanlar övladlarına ənənəvi olaraq İslam peyğəmbəri Həzrəti Muhammədin adını verməyə davam etdikləri vurğulanıb.

Muhamməd adı 2000-ci ildə 620-ci , 2019-cu ildə isə 345-ci yerə yüksəlib.  Sözügedən adın fərqli şəkildə istifadə edilərək daha da yüksələcəyi istisna edilmir.

2019-ci ildə Amerikada uşaqlara ən çox qoyulan adların siyahısında birinciliyi “Liam” qazanıb.  2-ci yerdə “Jackson”, 3-cü yerdə “Noah”,  daha sonra “Aiden”, “Grayson”, “Caden”, “Lucas”, “Elijah”, Oliver Muhamməd adları siyahının ilk onluğunda yer alıb.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*