ABŞ Konqresi aydın şəkildə bildirməlidir ki, türklər və azərbaycanlılar ABŞ-da piar və lobbiçilik üçün nə qədər pul xərcləsələr də, Türkiyə F-35-ə sahib ola bilməz.
KONKRET.az xəbər verir ki, bu barədə amerikalı analitik Maykl Rubin “National Security Journal”da dərc olunan məqaləsində yazıb.
“Türkiyəyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini almaması ilə bağlı çoxsaylı xəbərdarlıqlardan sonra ABŞ Türkiyəni gələcək nəsil F-35 müştərək zərbə qırıcılarının yaradılması proqramından kənarlaşdırıb. Söhbət təkcə kommersiya müqaviləsi deyil, həm də NATO sistemlərinin bütövlüyündən gedirdi: S-400-ün Türkiyənin hava hücumundan müdafiə sisteminə inteqrasiyası NATO əməliyyatlarını həssas vəziyyətə salacaq”, ekspert qeyd edib.
İlkanə Şəvəqqət,
KONKRET.az