Amerikalı mühəndis beton blokları deşən nəhəng tapança yaratdıbackend

Amerikalı mühəndis beton blokları deşən nəhəng tapança yaratdı

Amerikalı Maykl Pik böyüdülmüş miqyasda sevimli uşaq oyuncağını yenidən yaratmağa qərar verib. Nəticədə uzunluğu 3,81 metr olan “Nerf” tipli tapança əldə edib. Bu, orijinaldan üç dəfə böyükdür.

KONKRET.az xəbər verir ki, bu barədə mir24.tv saytı yazır.

Tapançanın yaradılması Alabama sakini üçün bir növ hobbiyə çevrilib. Lakin o, mühəndis olduğu üçün peşəkar bacarıqlardan istifadə etməli idi. Əvvəlcə Pik bir rəsm çəkib, sonra hissələrin istehsalına başlayıb. Onların bəziləri ağacdan hazırlanıb. İxtiranın qalan hissəsi 3D printerdə çap edilib.

Nəhəng silahın güllələri 30 sm uzunluğundadır. Orijinal oyuncaq tapança kimi onlar da köpük kauçuk və plastik qapaqlardan hazırlanır. Pik çubuq kimi PVC borulardan istifadə edib.

Bir peyntbol qutusu tapançaya bərkidilir. Mərmilər ağızdan saatda 80 km sürətlə uçur və 75 metrdən çox məsafəni qət edə bilir. Silah beton bloklarda və böyük balqabaqlarda deşiklər aça bilir.

Maykl Pikin silahı Ginnesin Rekordlar Kitabına düşüb./Qaynarinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*