Amerikalı pilot İsrailin Vaşinqtondakı səfirliyi önündə özünü yandırdıbackend

Amerikalı pilot İsrailin Vaşinqtondakı səfirliyi önündə özünü yandırdı

Amerikalı pilot İsrailin Vaşinqtondakı səfirliyi qarşısında özünü yandırıb.

KONKRET.az Britaniya mediasına istinadən bildirir ki, bu barədə ABŞ fövqəladə hallar xidməti məlumat yayıb.

Hadisə bazar günü yerli vaxtla saat 13:00-da baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları ağır vəziyyətdə olan şəxsi xəstəxanaya çatdırıblar. Sonradan bu şəxsin ABŞ Hərbi Hava Qüvvələrinin aktiv xidmətdə olan təyyarəçisi olduğu məlum olub. Hazırda insidentlə bağlı araşdırma aparılır.

Sosial mediada adamın özünü yandırarkən “Azad Fələstin” qışqırdığını əks etdirən video yayılıb.

Qeyd edək ki, ABŞ-da İsrail diplomatik missiyasının qarşısında kiminsə özünü yandırması ilk dəfə baş vermir. Bundan öncə ABŞ-nin Corciya ştatındakı İsrail konsulluğu önündə etirazçı özünü yandırmışdı.

Xatirə Sadiq,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*