Amerikalı rəsmi HƏMAS-ı TƏKZİB ETDİbackend

Amerikalı rəsmi HƏMAS-ı TƏKZİB ETDİ

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi  Stiv Uitkoff HƏMAS-ın onun təklif etdiyi atəşkəs planına razılıq verdiyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

O, bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın nüfuzlu Axios nəşri yayıb. Məlumata görə, Uitkoff bu xəbərlərin mediada yayılmasından sonra məsələ ilə bağlı açıqlama verərək bildirib ki, HƏMAS tərəfindən onun təklifinə rəsmi və ya qeyri-rəsmi şəkildə razılıq verildiyinə dair heç bir təsdiq yoxdur.

Xatırladaq ki, daha əvvəl “Reuters” agentliyi HƏMAS-a yaxın fələstinli rəsmilərə istinadən xəbər yaymışdı. Həmin məlumatda bildirilirdi ki, HƏMAS vasitəçilər üzərindən təqdim olunan və 70 günlük atəşkəslə yanaşı 10 girovun azad edilməsini nəzərdə tutan təklifə müsbət cavab verib.

Uitkoff-un bu açıqlaması bölgədəki vəziyyətin hələ də qeyri-müəyyən və gərgin olaraq qaldığını göstərir. Tərəflər arasında real və davamlı atəşkəsin əldə olunması üçün danışıqların davam etdiyi qeyd olunur.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*