Anadan ağlasığmaz QƏDDARLIQ: Yaş yarımlıq körpəsini vəhşicəsinə döydü, kadrları ərinə yolladı – FOTO/VİDEObackend

Anadan ağlasığmaz QƏDDARLIQ: Yaş yarımlıq körpəsini vəhşicəsinə döydü, kadrları ərinə yolladı - FOTO/VİDEO

Sosial şəbəkələrdə ananın uşağına qarşı qəddar münasibətini əks etdirən kadrlar yayılıb.

KONKRET.az xəbər verir ki, hadisə Rusiyanın Kazan şəhərində baş verib.

31 yaşlı qadın ərindən intiqam almaq üçün körpəni qəddar şəkildə döyüb və bunu videoya çəkib, sonra isə ərinə göndərib. Uşağın atası isə videoya heç bir reaksiya verməyib.

Sonra qadın vidonu qaynanasına göndərib və deyib ki, “oğlunuza görə, görün Vikanın başına nə gələcək”. Uşağın nənəsi videonu görəndə dəhşətə düşüb və dərhal polisə müraciət edib.

(Diqqət! Həssas insanların videoya baxmaması tövsiyə olunur)

O, hazırda oğlunun və gəlininin valideynlik hüququndan məhrum edilməsini, körpənin isə onun himayəsinə verilməsini istəyir.

“Mənə nə pul, nə də başqa bir şey lazımdır. Körpə elə çılpaq, olduğu kimi mənə verilsin, mən baxaram. O mənim balamdı”, – deyə yaşlı qadın ağlayaraq bildirib.

Kazan İstintaq idarəsinin kadrlarla maraqlanıb, artıq körpənin anasına qarşı cinayət işi açılıb. Uşaq isə hazırda həkimin nəzarətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*