“Anamı bağrıma basa bilmirəm, darıxıram”- Zaur kövrəldibackend

"Anamı bağrıma basa bilmirəm, darıxıram" - Zaur kövrəldi

Zaur Baxşəliyev anasını və qızını görə bilmədiyini, çox darıxdığını deyib.

KONKRET.az-ın məlumatına görə, tanınmış aparıcı bu barədə “Bizimləsən” verilişində danışıb.

Danışarkən kövrələn aparıcı anasını və övladını koronavirusdan qorumaq üçün onlardan ayrı qaldığını bildirib:

“10 gündən çoxdur ki, anamı bağrıma basa bilmirəm. Elə bilirsiz asandır? Qızım gəldi, amma göndərdim bağda anamgilin yanında qalsın. Ən böyük enerji mənbəyim anamdır. Amma yanına gedə bilmirəm. Ürəyimə daş basıb, otururam evdə. Çünki mən işə gəlirəm. Buradan evə gedəcəm, biz çalışmalıyıq. Anamı təhlükəyə atmaq istəmirəm. Nə qədər sevsəniz də, istəsəniz də doğmalarınızı təhlükəyə atmayın. Oturun evdə. Vecsiz, əhlikef olmayaq, boş ver” deməyək. Belə olmaqla hamını təhlükəyə atırıq.  Məsələ bizim düşündüyümüz qədər bəsit deyil. Çox ciddidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*