Anar Bağırov vəkillərin dəqiq sayını dedibackend

Anar Bağırov vəkillərin dəqiq sayını dedi

Azərbaycanda hazırda 2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir.

KONKRET.az report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov deyib.

O bildirib ki, bu rəqəmlər Kollegiyanın fəaliyyət miqyasının genişliyini və hüquqi xidmətə olan yüksək tələbatı bir daha göstərir.

Anar Bağırov ARVK tərəfindən vəkil köməkçilərinin peşə hazırlığının artırılmasına daim xüsusi önəm verildiyini vurğulayıb, onları fəal olmağa, təcrübəli vəkillərdən öyrənməyə, təşəbbüskar yanaşma nümayiş etdirməyə və daim biliklərini artırmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*