Anar Kərimov 36 il sonra yenidən İsa Bulağında – FOTObackend

Anar Kərimov 36 il sonra yenidən İsa Bulağında - FOTO

Mədəniyyət naziri Anar Kərimov Şuşaya səfər edib. 

KONKRET.az xəbər verir ki, nazir səfər zamanı çəkdirdiyi şəkil ilə birgə uşaqlıq şəklini də “Twitter”də paylaşıb.

Nazir şəkillərin arasında 36 il fərq olduğunu bildirib:

“İlk dəfə Şuşanı gəzəndə uşaq idim və gözəlliyi məni sonsuz heyrətləndirmişdi. Yenidən burada olmaq və 36 illik ayrılıqdan sonra müqəddəs İsa Bulağından su içmək necə də xoşdur!

Şuşa həmişə kimliyimizin və mədəniyyətimizin nişanəsi olaraq qəlbimizdə qaldı”, – deyə nazir qeyd edib.

Anar Kərimov 36 il sonra yenidən İsa Bulağında - Foto

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*