Anası Eminlə bağlı müsahibə verdi – VİDEObackend

Anası Eminlə bağlı müsahibə verdi - VİDEO

Anası İrina Ağalarova Xalq artisti Emin Ağalarovla bağlı müsahibə verib.

KONKRET.az axsam.az-a istinadən xəbər verir ki, o, övladının biznesə başladığı ilk dövrlərdən danışıb:

“Emin çox bacarıqlı idi: uşaq yaşlarında da, gənc olanda da. Əsasən də internet dövrü başlayandan sonra e-bay adlı bir şirkət yarandı. İnternetdə fərqli suvenirlər satmaq olurdu. Emin kampaniya yaratdı, ona suvenirlər göndərməyə başladılar. O, çox uğurlu formada onları satmağa başladı və biznesi partladı. Sonra isəelə alındı ki, o, Moskvaya gəlməli oldu”.

İrina Ağalarova “Bu il “Dream Fest”i bəyəndiniz” sualına “Əvvəlki ilkindən daha maraqlıdır” cavabını verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*