Qarabağdan əllərini birdəfəlik üzən Ermənistan rəhbərliyi müxtəlif bəyanatlar səsləndirir. Qondarma rejimin özünü buraxması haqqında sənədin imzalanması isə təkcə düşmən ölkənin rəhbərliyinində deyil, bütün Ermənistanda şok effekti yaradıb.
KONKRET.az xəbər verir ki,Qarabağın qondarma prezidenti Şahramanyanın “fərmanı”nı şərh edən Ermənistan parlamentinin təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryan bildirib ki, Şahramanyan bu sənədi imzalamaq əvəzinə intihar etməliydi.
“Şahramanyan intihar etsə, məsələ həll olunacaqdımı?” sualına Koçaryan belə cavab verib: “Bu, perspektiv məsələsi idi”.
İndi Ermənistanın siyasi dairələrində bildirirlər ki, guya Şahramanyanın imzaladağı sənəd beynəlxalq hüquqi qüvvəyə malik deyil. Xəstə təfəkkürlü adamlar hələ də anlamırlar ki, onların elan etdikləri qondarma rejim beynəlxalq hüquqla tanınmırdı. İndi Şahramanyanın imzaladağı “fərman”ın araşdırılmasını tələb edən qüvvələr istintaq komissiyası yaradıblar. Bəs onlardan kimsə soruşurmu ki, bu komissiya nəyi araşdıracaq və onun hüquqi qüvvəsi varmı?
Vəli Həsənov,
KONKRET.az