Android smartfonları bundan sonra izləyə bilməyəcəklər – Yeni sistem yaradıldıbackend

Android smartfonları bundan sonra izləyə bilməyəcəklər – Yeni sistem yaradıldı

Android sistemli smartfonlarda istifadə olunan demək olar ki, bütün proqramlar istifadəçilər üçün casusluq xüsusiyyətlərinə malikdir.

KONKRET.az xəbər verir ki, “Duckduckgo” texnologiya şirkəti məlumatların ötürülməsini dayandırmağın yolunu tapıb.

“Duckduckgo” qeyd edib ki, populyar pulsuz Android proqramlarının təhlili onların 96 faizdən çoxunda izləmə vasitələrinin olduğunu aşkar edib. Çox vaxt bunlar Google və ya Facebook-un izləyiciləridir.

Bu izləyicilər üçün bloklama sistemi istifadəçi məlumatlarının texnologiya nəhənglərinin qərargahlarına və onlarla reklam şəbəkəsinə ötürülməsini dayandırmağa imkan verir. Android sistemi üçün nəzərdə tutulan “izləmədən müdafiə vasitəsi” artıq “Duckduckgo” şirkətinin brauzerində beta versiyasında mövcuddur.

Şirkətin açıqlamasına görə, onların tətbiq etdiyi funksiya mahiyyətcə Apple-ın iOS sistemlərində istifadəçilərin məxfiliyni qorumaq məqsədilə yararlandıqları parametrləri kopyalayır. İdeya ondan ibarətdir ki, biz proqramlardan istifadəçi məlumatlarının toplanmasına mane oluruq. “Yəni smartfonunuzda adətən sizi onlayn izləyən daha az reklamlar görəcəksiniz ” – deyə şirkətin mütəxəssisi əlavə edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*