Ankaradan cavab: İran rəsmisi XİN-ə çağırıldıbackend

Ankaradan cavab: İran rəsmisi XİN-ə çağırıldı

İranın Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb.

KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-nin sözçüsü Öncü Keçeli məlumat yayıb.

Keçeli bildirib ki, görüşdə ikitərəfli məsələlər müzakirə edilib və bəzi İran rəsmilərinin Türkiyəyə qarşı iddiaları gündəmə gətirilib:

“Biz hər bir halda xarici siyasət məsələlərinin daxili siyasət üçün material kimi istifadə edilməməsinin tərəfdarıyıq. Bu çərçivədə başqa bir ölkəyə verilməsi lazım olan kritik mesajları birbaşa onların ünvanına çatdırmağa üstünlük veririk. Bu gün də bu yolla getdik. İranla əlaqələrimizə böyük dəyər veririk. Türkiyə ilə İran arasında əlaqələrin gücləndirilməsi bizim üçün önəmlidir”.

Qeyd edək ki, daha əvvəl İran xarici işlər nazirinin müavini Mahmud Heydəri Türkiyə Cümhuriyyətinin Tehrandakı səfiri Hicabi Kırlanğıç ilə görüşüb.

Xatırladaq ki, Türkiyə xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə”yə müsahibəsində İranın bölgədə öz maraqları üçün çoxlu vəsait xərclədiyini vurğulayaraq, Suriyaya münasibətdə əvvəlki səhvlərin təkrarlanmaması gərəkdiyini bildirmişdi. Həmçinin İrana xatırlatmışdı ki, sizə daş atılmasını istəmirsinizsə, başqalarına atmayın. Bundan sonra İran XİN sözçüsü Bəqai Türkiyə XİN rəbərinin sözlərinə cavab xarakterli açıqlama yaymışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*