“Ankaranın NATO-ya üzv olması Moskva ilə əməkdaşlığa maneə deyil” – Kalınbackend

"Ankaranın NATO-ya üzv olması Moskva ilə əməkdaşlığa maneə deyil" - Kalın

“Rusiya və Qərb dünya nizamı ilə bağlı yeni razılaşmalar əldə etməlidir, bu, gərginliyi aradan qaldıracaq”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib. O, həmçinin vurğulayıb ki, Ankaranın NATO-ya üzv olması Moskva ilə əməkdaşlığa maneə deyil.

“Bəşəriyyətin dünya səhnəsində qüvvələrin yeni bölgüsünə ehtiyacı var. Ukrayna-Rusiya müharibəsinin əsas səbəblərini aradan qaldırmadan bütün ölkələrin özlərini təhlükəsiz hiss etdiyi tarazlığı təmin etmək mümkün olmayacaq. Rusiya və Qərb dünya düzəninə dair yeni razılaşmalar əldə etməlidirlər ki, bu da dünya səhnəsində gərginliyi aradan qaldıracaq” – Kalın deyib .

O, həmçinin qeyd edib ki, Türkiyənin NATO-ya üzv olması və Qərblə sıx əlaqəsi Ankaranın Rusiya, Yaxın Şərq, Afrika və Latın Amerikası ilə əməkdaşlıq etməsinə mane olmur. Eyni zamanda, Rusiya Federasiyası ilə yaxşı münasibətlər heç də ABŞ ilə münasibətlərdə gərginliyin olması demək deyil,- Kalın vurğulayıb.

Əslində Türkiyə öz inkişaf vektorunu qurur. Ankara öz mövqeyini yaxşı bilir və öz prioritetləri əsasında hərəkət edir ”, – deyə dövlət başçısının nümayəndəsi fikrini yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*