“Anklavlar Azərbaycana təhvil veriləcək” – Oskanyanbackend

"Anklavlar Azərbaycana təhvil veriləcək" - Oskanyan

Ermənistan anklavları Azərbaycana təhvil verəcək.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan özünün “Facebook” səhifəsində yazıb. O qeyd edib ki, anklavlarda 85-100 min azərbaycanlı məskunlaşacaq. Oskanyan bunun Ermənistan üçün ciddi problemlər yaradacağını iddia edib.

Sabiq nazir onu da vurğulayıb ki, Ermənistan hakimiyyətinin hərəkətləri yeni müharibəyə gətirib çıxara bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*