“Anlamırsınız” – Mayk Pompeodan Lavrovabackend

"Anlamırsınız" - Mayk Pompeodan Lavrova CAVAB

“Rusiya XİN rəhbəri yenə də faktları doğru anlamır”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Mayk Pompeo Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ittihamlarına cavab verərkən deyib.

Mayk Pompeo Lavrovun ittihamından təəssüfləndiyini bildirib:

“Lavrov Aralıq Dənizi Dialoqunda çıxışında ABŞ-ı Aralıq dənizində siyasi oyunlarda və Liviya üzrə xüsusi nümayəndə təyinatını uzatmaqda ittiham etdi. Cənab Lavrov yenə də faktları yanlış anlayır və tarixi yenidən yazmağa cəhd edir. Bu, təəssüfləndirir”.

Qeyd edək ki, S.Lavrov Yaxın Şərqin terrorizm, humanitar fəlakət, insan haqlarının pozulması kimi əsas problemlərinə görə Vaşinqtonu ittiham etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*