Annalena Burbok Ukraynanın son ümidlərini öldürdübackend

Annalena Burbok Ukraynanın son ümidlərini öldürdü

“Müharibənin qızğın çağında NATO yeni üzvləri qəbul edə bilməz”.

KONKRET.az xəbər verir ki, belə bir açıqlama ilə Almaniyanın xarici işlər naziri Annalena Burbok çıxış edib. Belə bir çıxış Ukraynada birmənalı qarşılanmayıb.

Çünki Ukrayna NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitindən Alyansa qoşulmaq üçün yol xəritəsi və ya təhlükəsizlik təminatının verilməsi planını gözləyirdi.

Dünən Ukrayna prezidenti Zelenski də ölkəsinin NATO-ya daxil olmaq ümidlərinin hər gün azaldığı ilə bağlı təəssüfünü bildirmişdi.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*