Antalyada güclü yağış daşqınlara səbəb oldu – FOTO/VİDEObackend

Antalyada güclü yağış daşqınlara səbəb oldu - FOTO/VİDEO

Türkiyənin Antalya şəhərinin Kumluca və Finike rayonlarında gecə saatlarında yağan leysan bəzi yerlərdə daşqınlara səbəb olub, küçələri və evləri su basıb.

KONKRET.az TRT Haber”ə istinadən xəbər verir ki, Kumluca rayonunda körpülər dağılıb, istixanalar su altında qalıb.

Kumluca Bələdiyyə başçısı Mustafa Köleoğlu televiziya vasitəsilə yerli məktəblərdə gün ərzində dərslərin ləğv edildiyini, fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar İdarəsindən kömək istədiklərini deyib:

“Biz 50 ildir belə leysan görməmişdik. Xoşbəxtlikdən ölən və yaralanan yoxdur, lakin vəziyyət çox ağırdır”.

Qeyd edək ki, sinoptiklər dekabrın 11-də Türkiyənin 7 əyalətində hava şəraitinin kəskin pisləşəcəyi barədə xəbərdarlıq edib. Mərmərə dənizi ərazisində sürəti 28 m/s-ə çatan qasırğalı küləyin olacağı proqnozlaşdırılıb.

İqbal Rzayev,

KONKRET.az 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*