Antalyanı meşə yanğınları bürüdü – FOTOLARbackend

Antalyanı meşə yanğınları bürüdü - FOTOLAR

Türkiyənin Antalya şəhərində meşə yanğınları onlarla insanın xəsarət almasına səbəb olub.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Manavqat ərazisində dörd fərqli yerdə başlayan yanğın güclü külək səbəbindən qısa zamanda geniş əraziyə yayılıb. Alov yaşayış sahələrinə keçib.

Meşə yanğınları zamanı xəsarət alan 62 nəfər xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Yanğından zərərçəkənlərin artacağı istisna edilmir. Bu səbəbdən Manavqat dövlət xəstəxanası tamamilə boşaldılıb.

Qeyd edək ki, yanğının söndürülməsinə 100-dən çox texnika, 2 təyyarə və 15 helikopter cəlb edilib. Kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli hadisə yerinə yollanıb. Bir sıra ərazilərdən sakinlərin təxliyə olunduğu bildirilir.

Əraziyə xeyli sayda təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*