Antarktida tədricən yaşıllaşırbackend

Antarktida tədricən yaşıllaşır

Alimlər son 35 il ərzində peyk məlumatlarını təhlil edərək belə qənaətə gəliblər ki, Antarktida tədricən yaşıllaşır.

KONKRET.az xəbər verir ki, Antarktika yarımadasının bitki örtüyünün əsasını mamırlar və likenlər təşkil edir. Bu orqanizmlər sərt şəraitə uyğunlaşır, çılpaq süxurlarda böyüyür və  torpaq əmələ gəlməsi üçün əsas yaradır. Araşdırmalarla məlum olub ki, son vaxtlar bitki örtüyünün sahəsi 10 dəfədən çox artıb. Peyk məlumatları elm adamlarının mamırdan karbon yataqlarından nümunələr götürdüyü sahə tədqiqatları ilə dəstəklənir. Təhlil göstərir ki, son 50 ildə yaşıllıq  sürətlə artıb, bu da çox güman ki, buzlaqların əriməsi ilə bağlıdır. Tədqiqatın müəlliflərindən biri Tomas Roland bildirib ki, iqlim dəyişikliyi buzlu yerləri  bitkilərin böyüməsi üçün yeni ərazilərə çevirir. Bu cür dəyişikliklər narahatlıq doğurur. Soyuq şəraitə uyğunlaşan bitkilər, insanlar tərəfindən gətirilən və ya küləklə sovrulan yeni, daha invaziv növlərdən gələn təhlükələrlə üzləşə bilər.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*