“Top Gear” televiziya proqramının aparıcısı Endryu Flintoff şounun epizodunu çəkərkən avtomobil qəzasına düşüb.
KONKRET.az “BBC”yə istinadən xəbər verir ki, aparıcı Surreydə “Top Gear” sınaq trekində qəza keçirib.
Bildirilib ki, aparıcıya hadisə yerində tibbi yardım göstərilib və müalicəsinin davam etdirilməsi üçün xəstəxanaya aparılıb.
Qəzanın səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, “Top Gear” avtoşousu 2002-ci ildən yayımlanır. Proqramı dünyada 350 milyon adam izləyir. BBC onun yayım hüquqlarının satışından hər il 73 milyon dollar gəlir əldə edir.
İqbal Rzayev,
KONKRET.az