Yaponiya hökuməti məhsuldarlığı və ailə institutunu gücləndirmək üçün iş vaxtını dörd günə endirib.
KONKRET.az Publika.az-a istinadla xəbər verir ki, Tokio Bələdiyyəsi tərəfindən edilən açıqlamada, aprel ayından etibarən dörd günlük iş qaydasının tətbiq ediləcəyi açıqlanıb.
Yaponiyanın paytaxtı Tokioda doğum nisbətinin artırılması üçün dörd günlük rejimi tətbiq edilir. Həmçinin övladları ibtidai sinifdə oxuyan valideynlərə də işdən vaxtından əvvəl çıxmağa icazə veriləcək. Bu imtiyazdan yararlanmaq istəyənlərin maaşlarında ixtisarlar olacaq.
Uzun illərdir ki, Yaponiya hökumətinin gəncləri evlənməyə və ailə qurmağa təşviq etmək səylərinə baxmayaraq, doğum faizi azalmağa davam edir.
Qeyd edək ki, yaşı 65-dən yuxarı olan əhalinin sayı 36 milyon 227 min nəfərə, 75 yaşdan yuxarı olanların sayı 20,08 milyona yüksəldiyi halda, 0-14 yaşlı əhalinin sayı azalaraq 14 milyon 173 min nəfərə çatıb.
Dünya Bankının məlumatına görə, Yaponiyada gender fərqi digər yüksək gəlirli ölkələrlə müqayisədə daha yüksəkdir.