Aqacanyan: ABŞ Qərbin planlarını açıq-aşkar nümayiş etdirirbackend

Aqacanyan: ABŞ Qərbin planlarını açıq-aşkar nümayiş etdirir

“Qərb Cənubi Qafqaz regionunu Rusiyanın təsirindən çıxarmağa çalışır. Lakin bütün “sıyıq”lar regional resurslara sahib olmaq üçün dəmlənir”.

KONKRET.az xəbər verir ki, bunu keçmiş səfir Cunik Aqacanyan deyib: “Ermənistan hakimiyyətinin hərəkətləri ilkin olaraq xarici siyasət vektorunun aydın və praktiki olaraq açıq dəyişməsinə yönəlib. İlkin mərhələdə hakimiyyət bu hərəkətləri hansısa formada ört-basdır etməyə çalışıb. Onlar  bütün risklərin mövcudluğunu dərk edərək cəmiyyətin reaksiyasından qorxublar”.

Ağacanyan daha sonra bildirib ki, ABŞ Senatında Qarabağ məsələsi ilə bağlı dinləmələr Qərbin planlarını ortaya qoyub: “Bildirilib ki, bundan irəli gələn bütün hərəkətlərlə Ermənistanı və bütövlükdə Cənubi Qafqazı Rusiyanın təsirindən çıxarmaq məqsədi ilə transatlantik vektora qoşulmaq üçün aydın addımlar atılır. Qeyd olunan bütün hərəkətlər İranın regionda mövqelərinin güclənməsinə səbəb olmamalıdır.

Yəni Qərb-Şərq vektoruna qoşulmaq, Şimal-Cənub oxundan imtina etmək barədə aydın bəyanatlar və mövqelər var. Baxmayaraq ki, bu vektorun ölkələri təkcə bizim təbii müttəfiqlərimiz deyil, həm də mühüm iqtisadi və enerji tərəfdaşlarımızdır”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*