Bakıda baş verən son zəhərlənmə hadisəsi ilə əlaqədar məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsinin nəzarətinə götürülüb.
KONKRET.az xəbər verir ki, müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb.
Xatırladaq ki, bu gün 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonundakı 14 saylı orta məktəbdən təcili çağırış qeydə alınıb.
Təcili tibbi yardım briqadası Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına 5, Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına 3 oğlan hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentlərdən 1-nə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər 7 pasiyentə isə kəskin qastrit diaqnozu təyin edilib.
Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə evə buraxılıb.
