Arayik Arutyunyan terrorçuları Xankəndiyə toplayırbackend

Arayik Arutyunyan terrorçuları Xankəndiyə toplayır

10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Rusiya sülhməramlılarının əhatəsində özünü güvəndə hiss edən Dağlıq Qarabağdaki separatçıların “rəhbəri” Arayik Arutyunyan özü kimi terrorçuları Xankəndiyə toplamağa davam edir.

KONKRET.az xəbər verir ki, Arutyunyan bu gün sosial şəbəkədə yazdığı xəbərdə bildirib ki, Vitali Balasanyanı Dağlıq Qarabağ bölgəsindəki işğalçı rejimin “Təhlükəsizlik Şurasının katibi” postuna təyin edib.

Arayik Arutyunyan Mane Vanya Tandilyan adlı erməni qadını isə Dağlıq Qarabağ separatçılarının “əmək, sosial məsələlər və mənzil naziri” vəzifəsinə gətirib.

Xatırladaq ki, əslən Əsgərandan olan Vitali Balasanyan Azərbaycan torpaqlarının işğalında fəal iştirak edib. O, Qarabağdakı soyqırımı cinayətlərinin ən qatı iştirakçılarındandır. Dağlıq Qarabağda separatçıların “diviziya komandiri”, “müdafiə nazirinin müavini” olub.

Görünən odur ki, Araik Arutunyan Azərbaycan Ordusunun Qarabağdakı işğalçılara verdiyi dərsdən hələ ki nəticə çıxarmayıb.  /Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*