Arakçı Türkiyədə səfərdədirbackend

Arakçı Türkiyədə səfərdədir

İranın xarici işlər naziri Abbas Arakçı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) iclasında iştirak etmək üçün Türkiyədə səfərdədir.

KONKRET.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İstanbula gəldikdən sonra o, İsrailin İrana endirdiyi zərbələri nəzərə alaraq, Tehranın bu məsələ ilə bağlı xüsusi görüş keçirilməsini istədiyini bildirib.

“Fürsətdən istifadə edərək iclasın iştirakçısı olan xarici işlər nazirləri və İƏT-in baş katibi, həmçinin Türkiyə prezidenti ilə görüşlər keçirəcəyəm. Ümid edirəm ki, ərazimizə edilən hücumlara müvafiq qiymət veriləcək və İran xalqının müdafiəsinin legitimliyi ilə bağlı səsi eşidiləcək”, – XİN başçısı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*