Arayik Arutyunyan “İSTEFA” VERƏCƏK – “Hraparak”backend

Arayik Arutyunyan "İSTEFA" VERƏCƏK - "Hraparak"

Arayik Arutyunyan “istefa” verəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Azərbaycan hakimiyyəti dünən ikinci toplantıya “Qarabağın erməni icmasının nümayəndələrini” dəvət edib və onlar yerini müəyyənləşdiriblər, bu dəfə görüşü Bakıda keçirməyi planlaşdırırlar.

Arayik Arutyunyan etiraf edib ki, Xocalıda keçirilən görüşdən sonra Azərbaycan öz kanalları ilə onlara ultimatum verib: “Ya inteqrasiya siyasətini qəbul edəcəklər, ya da daha sərt və kəskin addımlar atılacaq”.

Lakin o, Azərbaycanın tələbinin Xankəndiyə kimin vasitəsilə ötürüldüyü barədə ətraflı məlumat verməyib.

“Biz qəbul etmirik, müstəqillik və öz müqəddəratını təyin etmək hüququmuzdan kənara çıxmayacağıq. Bu o deməkdir ki ki, yaxın gələcəkdə müxtəlif vəziyyətlərlə qarşılaşmalı olacağıq”, – Arutyunyan deyib.

Bu açıqlamadan bir neçə gün sonra məlum oldu ki, Arutyunyan Ermənistana gəlib, Paşinyanla görüşüb. Baş nazir Bakının tələbini təkrarlayıb və bildirib ki, indiki şəraitdə reinteqrasiya prosesi vacibdir, çünki alternativ yol müharibədir.

“Deputat” Nella Qriqoryan inteqrasiya məsələləri ilə bağlı danışıqların əleyhinədir. O bildirib ki, danışıqlar aparılırsa, qəti şəkildə rədd edilməlidir.

Qeyd edək ki, keçən həftə Nikol Paşinyanla görüşdən sonra Arutyunyan kifayət qədər ağır təəssüratlarla Qarabağa qayıdıb.

O, komandasına “konstitusiya”ya düzəlişləri davam etdirməyi tapşırıb. Bu da mövcud “konstitusiya”ya əsasən, “prezident”in “istefa”sı halında yeni “prezident” seçmək imkanı verəcək.

Qarabağda yaranmış vəziyyətdən təsirlənən bir çox insanlar əmindirlər ki, Arayik “istefa” verəndən sonra Azərbaycan yeni seçkilərə imkan verməyəcək. Çünki “Arsax” başsız qalarsa, daha tez “yeyiləcək”.

Beləliklə, Arayik Arutyunyan fors-major vəziyyətə hazır olmaq qərarına gəlib. Çünki o, həm Ermənistan, həm də Azərbaycan tərəfindən təzyiq altındadır və Qarabağ erməniləri inteqrasiyanı rədd edir.

“Belə ki, fors-major vəziyyətlərdə “ölkə” sahibsiz qalmasın, “dövlət”çiliyimizi itirməyək deyə dəyişikliklər edilir. İstefaya nə qalıb ki? Ancaq bu barədə Arutyunyandan soruşun. Nikol Paşinyan Avropanın təzyiqini Qarabağa ötürür, təzyiq edən Avropadır. Bəs 44 günlük müharibədə Avropa harda idi?

Biz Rusiyanın tərəfində olmalıyıq. Yaxşı və ya pis, bunu etməliyik. Ruslar yolu açmaq iqtidarında deyil. Ya istəmirlər, ya da aça bilmirlər.

Bəlkə də Ukraynaya paralel ikinci cəbhə açmaq istəmirlər.

Qarabağdakı mənbələrimizdən öyrəndik ki, əgər İrəvan Bakı ilə yanaşı inteqrasiya ilə bağlı iddialarını davam etdirsə, o zaman Arayik Arutyunyan “istefa” qərarından geri çəkilməyəcək.

Hətta Arayik Arutyunyanın əvəzedicilərinin adları da tirajlanır. Bəzi xəbərlərə görə, parlamentin kimi yeni “prezident” seçəcəyinə hökumət və müxalifət qərar verəcək.

Mənbələrimiz bildirir ki, hazırda Samvel Babayanın namizədliyinin rədd edilməsi ilə bağlı konsensus var. Həm “iqtidar”, həm müxalifət, həm də ictimaiyyət Babayanın namizədliyini nəyin bahasına olursa olsun qəbul etmir. Digər adlar da tirajlanır. “Daxili işlər naziri” Karen Sarkisyan, “dövlət naziri” Qurgen Nersisyan, Arayik Arutyunyanın əmisi oğlu, “deputat” Artur Arutyunyan və “dövlət şurası”ndan Samvel Şahramanyanın da adları hallanır”, – deyə qəzet yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*