“Arayik əmrləri şəxsən verdiyini etiraf edib” – BMT səviyyəsində araşdırılmalıdırbackend

“Arayik əmrləri şəxsən verdiyini etiraf edib” - BMT səviyyəsində araşdırılmalıdır

“Erməni cinayətkarlarını Avropa İnsan Hüquqları Məhkəməsinə verməyimiz yetərli deyil, bu yöndə BMT TŞ nəzdində hərbi tribunal da yaradılmalıdır”.
KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariçin Qarabağ münaqişəsi illərində törədilmiş cinayətlərə görə BMT TŞ-nın nəzarətində hərbi tribunalın yaradılması təklifinə münasibət bildirərkən politoloq Natiq Miri deyib:

“Ortada ermənilər tərəfindən törədilən müharibə cinayətləri var.  Ermənistan mülki insanların kütləvi məhvinə yönəlik ballistik raketlərdən istifadə edib.   Qonmdarma DQR-in başçısı Araik Arutunyan bilavasitə mülki şəxs və ərazilərin ballistik raketlərlə vurulması əmrini özünün verdiyini də etiraf edib. Azərbaycan Baş Prokurorluğunda bununla bağlı konkret cinayət işi də açılıb.

Ermənistan habelə 27 illik işğal prosesi nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı da cinayət törədib. 44 günlük müharibə dövründə isə onlar Gəncə, Tərtər, Bərdə şəhərlərini ballistik raketlərlə vurublar ki, bunun da nəticəsində çoxsaylı mülki şəxs həlak olub, obyektlər dağıdılıb. Bütün bunlar beynəlxalq hüquqa görə müharibə cinayətləridir. Cinayət varsa, mütləq mənada cəza da olmalıdır”.
Həmsöhbətimiz düşünür ki, bu yöndə tək Avropa İnsan Hüquqları Məhkəməsilə kifayətlənməməliyik. Ona görə politoloq keçmiş səfirin fikirlərini tam olaraq dəstəklədiyini bildirib:

“Azərbaycan bununla bağlı lazımi sənədləri toplayaraq Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.  Ancaq bu yetərli deyil.  Azərbaycan beynəlxalq cəza məhkəməsinin birbaşa üzvü olmasa da, başqa dövlət, xüsusən Türkiyə vasitəsilə  BMT TŞ-nın nəzarətində hərbi tribunal yaradılması üçün müraciət edə bilər. Burada hərbi cinayətkarların məsuliyyətə cəlb olunması üçün mütləq mənada ortaya konkret tələb qoya bilərik ki, bu istiqamətdə qərardad qəbul edilsin. Yəni, Ermənistanın ölkəmizə qarşı törətdiyi cinayət hadisələrində də Bosniya və Hersoqovina praktikasının bilavasitə tətbiqinə ehtiyac var. Azərbaycan  bu yöndə də hərəkətə keçməlidir”./sfera.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*