“Araz”dan alınan konfetdən yenə qurd çıxdı – VİDEObackend

"Araz"dan alınan konfetdən yenə qurd çıxdı - VİDEO

“Araz Supermarket” şəbəkəsinə daxil olan mağazadan alınan konfetdən qurd çıxıb.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Sevinc Süleymanova məlumat yayıb.

“”Araz Supermarket evimizə yaxın olduğundan daha çox ordan alış-veriş edirik. Həftənin 5-ci gün bunu alıblar. Yaxşı ki süfrəyə qoymamışdıq. Qonaqlar gedəndən sonra çay içməyə götürdüm, konfeti yedim, qurdu görəndə nə hala düşdüyümü, yəqin, təsəvvür edirsiniz. Yalnız təəssüf edirəm. Elə diksindim ki. Maddiyatı önəmli deyil, amma bir məhsul qurdlayıbsa, yəqin ki, təzə olduğuna görə deyil də…” – o bildirib.(pravdaaz)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*