“Araz-Naxçıvan” “Zirə” ilə heç-heçə etdibackend

"Araz-Naxçıvan" "Zirə" ilə heç-heçə etdi

Misli Premyer Liqasında “Araz-Naxçıvan” “Zirə” ilə heç-heçə edib.

KONKRET.az xəbər verir ki, oyun XI tura təsadüf edib.

“Liv Bona Dea Arena”da baş tutan görüşdə tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Qarşılaşmada hesab 31-ci dəqiqədə açılıb. Qonaqların heyətində Georgi Papunaşvili adını tabloya yazdırıb. Yekun nəticəni isə final fitinə 1 dəqiqə qalmış penalti zərbəsini dəqiq yerinə yetirən Felipe Santos müəyyənləşdirib.

Bu nəticədən sonra “Araz-Naxçıvan” xallarının sayını 21-ə, “Zirə” isə 17-yə çatdırıb.

Günün digər matçı isə “Səbail” və “Sumqayıt” komandaları arasında baş tutacaq.

“ASCO Arena”da keçiriləcək oyunun start fiti saat 18:30-da səslənəcək.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*