Xəbər verdiyimiz kimi, ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda İspaniya nəhəngi “Real Madrid” İngiltərənin “Mançester Siti” komandasını qəbul edib.
KONKRET.az qafqazinfo.az-a istinadən xəbər verir ki, qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşan matç zamanı maraqlı görüntülər ortaya çıxıb.
Belə ki, “Mançester Siti”nin istifadə edəcəyi standart vəziyyət ərəfəsində “Real Madrid”in futbolçusu Arda Gülerin cərimə meydançasında özündən təxminən 20 sm uzun olan Erlinq Haalandın qarşısını almağa çalışdığı anlar sosial mediada viral olub.
Həmin görüntüləri təqdim edirik:
