Argentinanın “Boka Xuniors” klubunun adları açıqlanmayan üç futbolçusu dəri-zöhrəvi xəstəliyi olan sifilisə yoluxub.
KONKRET.az xəbər verir ki, bu barədə “Cronica TV” məlumat yayıb.
Ötən həftə tibbi müayinədən keçən 34 komanda üzvündən üçünün analizinin nəticəsi onların cinsi yolla keçən xəstəlikdən əziyyət çəkdiyini üzə çıxarıb. Məşqçilər heyəti və klub rəhbərliyi bu barədə məlumatlandırılıb. Klubun mətbuat xidməti hadisə ilə bağlı şərh verməkdən imtina edib.
Qeyd edək ki, Argentina çempionatında geridə qalan 27 turdan sonra “Boka Xuniors” 42 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb.