Argentina prezidenti Roma Papasından üzr istədibackend

Argentina prezidenti Roma Papasından üzr istədi

Argentina Prezidenti Xavyer Miley Roma Papası Fransiskdən əvvəllər onu “Yer üzündə ən zərərli olanların nümayəndəsi” adlandırdığına görə üzr istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Infobae” portalı məlumat yayıb.

“Keçmiş açıqlamalarıma görə sizdən üzr istəmək istəyirəm”, – Miley Vatikanda Papa ilə görüşündə söyləyib.

Argentina liderinin sözlərinə görə, onun açıqlamaları gənclik səhvi olub.

Roma Papası ilə Miley arasında söhbət bir saata yaxın davam edib və görüşün sonunda qarşılıqlı hədiyyələr verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*