Argentina FİNALDA – YENİLƏNİBbackend

Argentina FİNALDA - YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatında ilk finalçı müəyyənləşib.

KONKRET.az xəbər verir ki, yarımfinal oyununda Xorvatiya yığmasını 3:0 hesabı ilə darmadağın edən Argentina millisi həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Görüşdə ilk qol 34-cü dəqiqədə vurulub. Penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini hesabda önə keçirib. Cəmi 5 dəqiqə sonra Xulian Alvares bir neçə rəqibini geridə qoyaraq, 2-ci topu rəqibin qapısından keçirib. İlk hissə “tanqoçular”ın 2:0 hesablı üstnülüyü ilə yekunlaşıb.

İkinci yarıya da fəal başlayan argentinalılar 69-cu dəqiqədə Avropa təmsilçisini 3-cü dəfə cəzalandırıb. Dubl edən Alvares yekun hesabı müəyyənləşdirib.

xxx

Qətərdə keçirilən dünya çempionatında Argentina və Xorvatiya yığmaları arasında yarımfinal oyununda 3-cü qol vurulub.

KONKRET.az xəbər verir ki,  69-cu dəqiqədə Lionel Messinin ötürməsindən sonra Xulian Alvares rəqibi 3-cü dəfə məyus edib. Bu, sonuncunun 2-ci qolu olub.

xxx

Qətərdə keçirilən dünya çempionatında Argentina və Xorvatiya yığmaları arasında yarımfinal oyununda hesab dəyişib.

KONKRET.az xəbər verir ki, Cənubu Amerika təmsilçisinin hücumçusu Xulian Alvares 39-cu dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib.

xxx

Qətərdə keçirilən dünya çempionatında Argentina və Xorvatiya yığmaları arasında yarımfinal oyununda ilk qol vurulub.

KONKRET.az xəbər verir ki, 34-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini hesabda önə keçirib.

Bu, 35 yaşlı hücumçunun cari mundialda 5-ci qolu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*